İtaliyalı kosmosdan İbiza üçün konsert verəcək

07:18 13-08-2019 45

İtaliyalı astronavt Luka Parmitano Yer orbitində elektron musiqi həvəskarları qarşısında çıxış edəcək.

RİA Novosti” xəbər verir ki, konsert avqustun 13-də silsilə “BigCityBeats World Club Dome Cruise Edition” tematik layihə çərçivəsində İbizada baş tutacaq. Astronavt Beynəlxalq Kosmik stansiyada “Columbus” modulunda çıxış edərək ilk “kosmik DJ” tarixə düşəcək.

Luka Parmitano Beynəlxalq Kosmik Stansiyaya iyulun 20-də kosmik gəmidə rusiyalı Aleksandr Skvortsov və amerikalı Endryu Morqanla birlikdə yola düşüb. Bu, italyanın kosmosa ikinci uçuşudur.