Fəxrəddin Manafovun səhhəti qəfil pisləşib - VİDEO

01:00 16-07-2021 485

Xalq artisti Fəxrəddin Manafovun qəfildən səhhəti pisləşib.

Bu barədə “MTV Azərbaycan” kanalında məlumat verilib.

Bildirilib ki, onun bədənində ağır allergik səpkilər meydana gəlib. Bundan sonra Xalq artisti xəstəxanaya müraciət edib.

Hazırda klinikalardan birində onun müalicəsi davam etdirilir.