24 yaşlı anadan 24 gündür xəbər yoxdur - FOTO
14:00 13-08-2019 594
Lənkəranda 24 yaşlı qadın itkin düşüb.
HerGun.Az -ın bölgə müxbirinin verdiyi xəbərə görə, rayonun Separadi kənd sakini, 1995-ci il təvəllüdlü Şəhanə Söhrab qızı Məmmədzadə yoxa çıxıb.
Ş.Məmmədzadə iyul ayının 20-si səhər saat 10:00 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha evə qayıtmayıb.
Şəkildəki qadını görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya 050-654-73-15 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, Ş.Məmmədzadə ailəlidir və bir uşağı var.
Rövşən Mövlan