Məşhur ifaçını keçmiş əri hədələdi: “Ona dünyanın neçə bucaq olduğunu göstərəcəyəm” - FOTO

05:00 17-07-2021 498

Türkiyəli məşhur ifaçı Güldenin qısa müddətdə hər kəsin rəğbətini qazanan “Yandan yandan” mahnısı ilə bağlı paylaşımına bir nəfərin verdiyi şərh hamının diqqətini çəkib. Belə ki, musiqiçinin 3 il əvvəl boşandığı əri Ercan Mutlu onu yox etməklə hədələyib.

Bu barədə “Haber Global” xəbər yayıb.

Qeyd edək ki, ifaçının keçmiş evliliyindən bir qızı var. O, uzun müddətdir keçmiş həyat yoldaşı ilə problem yaşadığından məhkəməyə müraciət edib, nəticədə ərinin ona yaxınlaşmaması barədə hökm verilib.

“Dünya düzdür, yoxsa kürə şəklində? Balaca ağlınla mənə müharibə elan etmisən?”, “Bacıma zəng edib məni hədələyib, “qızını bir daha əsla görəməyəcək” deyib. Sonra guya Londonda qeyri-qanuni iş görürmüşəm. Bir cüt ayaqqabı ilə Londona  gəldiyini və onun kimin adam etdiyini unudub! Onu necə yaratmışamsa, o cür də yox edəcəyəm!”, “Dünya düzdür, yoxsa kürə şəklində? Görüşərik Güldən! Daha da artığı, dünyanın neçə bucaq olduğunu sənə göstərəcəyəm. Bacıma uşağı göstərməyəcəyini deyibsən, özü də sənə dünyanın neçə bucaq olduğunu öyrətməyən Ercana…”, “İzlədiyiniz qadın mənim keçmiş arvadımdır. Bu gün mənim verdiyim evdə yaşayır, mənim verdiyim maşına minir və qızımı mənə göstərmir… Bu günə qədər yaxşı niyyətimi göstərdim. Artıq müharibə zamanıdır. Mən qızımı istənilən şəkildə görə bilərəm… Amma siz bundan sonra var olmağa çox da etibar etməyin…”, - deyə şərhlər yazıb.

Bu hal sosial şəbəkə istifadəçilərinin kəskin tənqidinə səbəb olub. Onlar hüququ mühafizəçiləri tərəfindən bu hədələrlə bağlı tədbir görülməsi lazım olduğunu bildiriblər.