Spiros Kapralos: Azərbaycan Avropa Oyunlarını möhtəşəm təşkil etmişdi

20:54 21-06-2019 598

Biz Bakıdakı təcrübədən istifadə etmişik. Azərbaycan Avropa Oyunlarını möhtəşəm təşkil etdi. Həmin oyunda tarixdə öz yerini tutdu. Bakı olduqca böyük təcrübə sahibi oldu. Növbəti ay mən Azərbaycana uçacağam. Çünki orda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Əminəm ki, həmin yarış mükəmməl şəkildə keçiriləcək.

HerGun.Az-ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu II Avropa Oyunlarının Koordinasiya Komissiyasının sədri Spiros Kapralos deyib.

Bu gün Spiros Kapralos və II Avropa Oyunlarının icraçı direktoru Saymon Kleqin iştirakı ilə mətbuat konfransı keçirilib. Konfransda Kapralos I Avropa Oyunları ilə bağlı verilən sual barədə danışarkən bunları deyib:

“Bakıdakı Avropa Oyunları xüsusi idi. Hər bir şəhərin öz nüansları var. Minsk də hər şeyi yüksək səviyyədə edir. Belarus artıq bir neçə dəfə böyük tədbirlər keçirib. İndi belarusların öz ölkələrini bütün Avropaya göstərmək üçün daha bir imkanı var.

Azərbaycandan fərqli olaraq Belarusda bütün obyektlər Avropa Oyunları üçün əvvəldən hazırdır və yenisi tikilmədi. Bununla belə, Minskdəki Oyunlar Belarus üçün böyük mirasdır”.

Səbuhi MUSAYEV