İzmirdə yeni doğulan körpəni zibil qutusuna atdılar - VİDEO

21:18 21-06-2019 740

Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda zibil qutusundan yeni doğulmuş uşaq meyiti tapılıb.

Səhər saat 8:30 radələrində aşkar edilən uşaq meyiti zibil qutusuna atılan torbalardan birinin içində olub. Bələdiyyə işçiləri zibil qutularını təmizləyərkən cəsədi aşkarlayıblar.

Hadisəylə bağlı dərhal polisə məlumat verilib və uşağın meyiti morqa aparılıb.