Yük maşını dərəyə aşdı, sürücü yaralandı, 17 yaşlı oğlu öldü - FOTO

19:36 13-08-2019 693

Muğanlı-İsmayıllı yolunda bir nəfərin ölümü və bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı avtomobil yolunun 61-ci kilometrliyində, İsmayılllı rayonu ərazisində qeyd alınıb.

99-CZ-905 dövlət nömrə nişanlı “HOVA” markalı yük avtomobili yoldan çıxaraq 20 metr hündürlükdən dərəyə aşıb.

Hadisə zamanı yük avtomobilinin sürücüsü, Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Hüseynov Fazil Hüseyn oğlu xəsarət alıb.

Onun sərnişini olan 17 yaşlı oğlu Süleyman Hüseynov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində vəfat edib.

Onun meyiti FHN-nin xilasediciləri tərəfindən yük avtomobilinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil veriilib.

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev