DİN-də növbəti kadr dəyişikliyi

22:54 13-08-2019 1342

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov tutduğu vəzifədən azad olunub.

HerGun.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Mübariz Şahbazov təqaüdə göndərilib.

Nazirin digər əmri ilə Baş DYP İdarəsinin rəis müavini vəzifəsinə polkovnik-leytenant İlham Rəcəbov təyinat alıb.

İlham Rəcəbov buna qədər Baş İdarənin Texniki şöbəsinin rəisi vəzifəsində çalışıb.