Cennifer Lopez makiyajsız və fotoşopsuz halını nümayiş etdi – VİDEO

18:20 20-07-2021 20

Tanınmış aktrisa və müğənni Cennifer Lopez on illərdir ki, stil və gözəllik simvolu sayılır.

İfaçı hələ də təravətini qoruduğunu nümayiş etmək üçün “Instagram” hesabında özünün makiyajsız və fotoşopsuz görüntüsünü paylaşıb.

Videoda sənətçi öz gözəlliyini necə qoruduğunu və hər gün üzünə necə qulluq etdiyini göstərir.

Kadrlarda aktrisanın 51 yaşının olmasına baxmayaraq, hələ də çox baxımlı görünüşü pərəstişkarları tərəfindən böyük heyranlıqla qarşılanıb. Paylaşım az müddətdə 700 mindən çox istifadəçi tərəfindən bəyənilib.