“Saray postu”nda qəza: yaralılar var

01:36 14-08-2019 450

Bakı-Sumqayıt şossesində 2 avtomobil toqquşub, sürücülər yaralanıb.

HerGun.Az xəbər verir ki, hadisə Abşeron rayonunda, DYP-nin Saray qəsəbəsi ərazisindəki stasionar postunun yaxınlığında baş verib.

35 yaşlı Əliyev Ənvər Məhəmməd oğlu və 48 yaşlı Mirzoyev Namik Kərim oğlunun idarə etdikləri minik avtomobilləri toqquşub.

Qəza zamanı hər iki sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Ə.Əliyevə bel nahiyəsinin küt travması, N.Mirzoyevə qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu