“Neftçi” Çempionlar Liqası matçında “Olimpiakos”a məğlub oldu

01:40 22-07-2021 21

“Neftçi” səfərdə Yunanıstanın “Olimpiakos” komandasına 1:0 hesabı ilə məğlub olub.

HerGun.Az xəbər verir ki, qarşılaşma UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutub.

Oyunda yeganə qolu 29-cu dəqiqədə Mohamed Kamara vurub.

43-cü dəqiqədə M.Kamara Namiq Ələskərova qarşı kobud oyuna görə referi tərəfindən birbaşa qımızı kartla cəzalandırılıb.

Lakin 2-ci hissədə rəqiblərin meydandakı futbolçu sayı eyniləşib: “Neftçi”nin heyətində Mert Çelik oyundan kənarlaşdırılıb.

Komandalar arasında cavab oyunu 28 iyulda Bakıda keçiriləcək.