Formula pilotu sürücülük vəsiqəsini hələ almayıb: Metro ilə hərəkət edir

03:20 22-07-2021 28

Formula-3-də Fransanın ART komandasını təmsil edən rusiyalı Aleksandr Smolyarın süırücülük vəsiqəsi yoxdur.

“Sport Ekspress”in məlumatına görə, bu barədə idmançının özü etiraf edib.

“Nə sürücülük vəsiqəm, nə maşınım var. Yolda mənimlə rastlaşa bilərsiniz, ancaq sürücü kimi yox. Sənəd almaq əlbəttə istəyirəm, çünki metroda getməkdən yorulmuşam”, - deyə Smolyar xəbər verib.

Qeyd edək ki, hazırda 20 yaşlı gənc Formula -3-ün siyahısında altıncı yerdədir.