Lüksemburq Macarıstanı Aİ üzvlüyündən çıxarmaq istəyir

07:20 22-07-2021 812

Lüksemburq Macarıstanın Aİ üzvlüyünün davam etdirilməsinə dair referendum keçirilməsini vacib sayır.

Bunu Lüksemburqun xarici işlər naziri Jan Asselborn “Der Spiegel” nəşrinə müsahibəsi zamanı bəyan edib.

Nazir əlavə edib ki, referendumun nəticəsinin Macarıstanın xeyrinə olmayacağı ehtimalı böyükdür.

Qeyd edək ki, hazırda Polşa və Macarıstanla Avropa Komissiyası arasında cinsi azlıqların hüquqlarının qorunması sahəsində ciddi ziddiyyətlər var. Əgər bu anlaşılmazlıqlar yaxın zamanda həll olunmazsa, rəsmi Brüssel bu iki dövlətə qarşı qanunvericiliylin tələblərinin yerinə yetirilməsinə dair məhkəmə iddiası qaldırmaq niyyətindədir.