Başqırdıstanda məktəblilər təsadüfən qədim məqbərə tapdılar

08:27 14-08-2019 662

Başqırdıstanda Yaktı-Gül gölünün yaxınlığında məktəblilər qazaraq qədim məqbərə tapıblar.

Bash.news” xəbər verir ki, tapıntı eramızdan əvvəl 5-ci yüzilliyə təsadüf edir və son zamanlar ərzində ən mühum ixtira hesab edilir.

“Tarix düşərgəsi” çərçivəsində aparılan qazıntılarda məktəblilərin işinə arxeoloqlar nəzarət edir.

Alimlər artıq tapıntıların analizinə başlayıblar.Məqbərə “erkən köçərilər” dövrünə aid edilib.

Yaktı-Gül gölünün yaxınlığında 80-dən artıq arxeologiya abidəsi tapılıb bu da ərazidə tarixi muzey qoruğun yaranmasına gətirib çıxara bilər.