Qasırğa hərbi helikopterə zərər vurdu - VİDEO

06:40 23-07-2021 483

Rusiyanın Samara vilayətinin Sızran şəhərində şiddətli qasırğa olub, küləyin sürəti saatda 140 kilometrə çatıb.

“Moskovski Komsomolets” xəbər verir ki, təbii fəlakət nəticədə Sızran Ali Hərbi Aviasiya Məktəbinin ərazisində olan üç hərbi helikopter aşıb.

Həmçinin şəhərdə olan bəzi evlərin damlarına ziyan dəyib, elektrik naqilləri yararsız hala düşüb.

Şəhərin bir hissəsi uzun müddət elektrik enerjisiz qalıb.