Samuxda piyadanı avtomobil vurub

23:00 23-07-2021 360

Samux rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə rayonun Kolayı kənd ərazisində qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub.

Xəsarət alan şəxs 1967-ci il təvəllüdlü Aydın Rəşid oğlu Rəhimovdur. Hadisənin təfərrüatları barədə hələ ki, məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.