Rusiyalı idmançı Tokio Olimpiadasında huşunu itirdi - FOTO/VİDEO

00:40 24-07-2021 427

Rusiyalı oxatan Svetlana Qomboyeva Tokio Olimpiadasında huşunu itirib.

Bu barədə Rusiya Olimpiya Komitəsinin (ROC) “Telegram” kanalında məlumat verilib.

Komandanın məşqçisi Stanislav Popovun sözlərinə görə, idmançı raunddan sonra qalxanın yanından qayıdarkən özündən gedib və yıxılıb:

“Belə çıxır ki, bütün gün isti havada dözə bilməyib. Bu, xatirimdə ilk belə hadisədir”, - deyə o, bildirib.

Qeyd edək ki, Tokio Olimpiadaları 23 İyul - 8 Avqust tarixlərində davam edəcək.