Hindistanda daşqın və sürüşmə nəticəsində ölənlərin sayı 129 nəfərə çatıb - VİDEO

04:40 24-07-2021 391

Hindistanın Mumbai şəhərində təbii fəlakət nəticəsində ölənlərin sayı artıb.

Bu barədə ölkə KİV-i məlumat yayıb.

Məlumata görə, ölkənin Maharaştra ştatı mərkəzində baş vermiş daşqın və sürüşmə 129 insanın ölümünə səbəb olub.

Təbii fəlakət aramsız leysan yağışları nəticəsində meydana gəlib.

Ölənlərin sayının artacağı istisna edilmir.