Nazir şəhid oğluna Şuşada vəzifə verdi

10:40 24-07-2021 329

Daxili işlər orqanlarında kadr təyinatı olub. 

HerGun.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, polis kapitanı Səttar Məhərrəmzadə Şuşa Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə təyinat alıb.

Qeyd edək ki, S.Məhərrəmzadənin atası Nazim Məhərrəmov 1992-də Daşaltı əməliyyatında şəhid olub.

İlhamə Əbülfət