DİN: “Alpinistlərin xatirəsinə quraşdırılan bürünc lövhə tapılıb” - FOTO

14:00 24-07-2021 383

Bir neçə gün öncə Tufandağda həlak olan alpinistlərin xatirəsinə qoyulan lövhənin oğurlanması barədə iddialar səslənmişdi. Həmin lövhə hüquq mühafizə orqanları tərəfindən tapılıb. 

HerGun.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov bildirib ki, sözügedən lövhə tapılıb.

“Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları alpinistlərin xatirəsinə quraşdırılmış bürünc lövhəni tapıb. Həmin məsələ ilə bağlı Qusar RPŞ tərəfindən dərhal həmin ərazidə araşdırma aparılıb və bürünc lövhə Qusar rayonu Tufandağın ətəyindəki Mahmuddərə ərazisindən tapılıb. Ehtimal olunur ki, lövhənin quraşdırıldığı yerdən itməsinə qış aylarında olan qar uçqunları və ya sel səbəb səbəb olub”.

Qeyd edək ki, sosial şəbəkələrdə 2017-ci ildə qar uçqununda həlak olmuş alpinistlər Namin Bünyatov, Fəridə Cəbrayılzadə və Babur Hüseynovun xatirəsinə quraşdırılmış lövhənin oğurlanmasına dair məlumatlar yayılmışdı.

Könül Cəfərli