İş müsahibəsinin 7 qaydası

11:18 20-03-2019 10

Uzun müddət şirkət rəhbəri olaraq personalı işə qəbul edərkən, müsahibəni şəxsən aparırdım. Rəhbər üçün əməkdaşlarını yaxşı tanımaq çox vacibdir ki, onlara tapşırıqları bacarığına görə təyin etsin, həmçinin kollektivi bir biri ilə uyğunlaşan insanlardan toplasın ki, gələcək yek kollektiv olsun, ümumi məqsədə çalışa bilsinlər.

Bir tanışım var, uzun illərdir tanıyıram. Azərbaycanda və Avropada ciddi biznesi var. O personalı düzgün idarə etmək üçün “insan dizaynı” deyilən yeni elmi dərinliklə öyrənib. Deyir ki, hər bir əməkdaşımın nəyə qadir olduğunu təyin edib, ona bacardığı işi tapşırıram. 

Bəs iş üçün müsahibəyə gedəndə hansı qaydalara riaəyyət etmək lazımdır. Bu haqda oxuyun.

1. CV-ni çalışın özünüz hazırlayasıznız. Bunun üçün internetdə məsləhətləri oxuyub, şablonları yükləyin. Öz məlumatlarınızı yazaraq hazırlayın. Əgər CV-ni tanışınız və ya rekrutinq şirkətinin əməkdaşları hazırlayıblarsa, ona diqqətlə göz gəzdirin və əmin olun ki, oradakı bütün məlumatlar doğrudur. Heç za-man doğru olmayan yaxud yalan məlumat yazmayın. Orada yazılanlardan tam xəbəriniz olsun ki, sizə sual verəndə gözünüzü döyməyəsiniz və ya başqa məlumat səsləndirməyəsiniz.

Təcrübədən: Şirkətlərdən göndərilənlərin danışdıqları ilə CV-dəki məlumat fərqli olurdu. Ona görə hər zaman, onların özlərini dinləməyi üstünlük verirdim. Doğru olmayan məlumat həmin şəxsə qarşı inamsızlıq yaradır. CV-də doğma və xarici dillərin siyahısına diqqət yetirəndə, siyahi görürəm. Sonra həmin dildə suallar verərək nə qədər düzgün olduğunu yoxlayırdım. Mən Türkiyədə təhsil aldığım üçün elə diqqət yetrirəm. Türk dili bizim dilimizə oxşadığı qədər də fərqlidir. Əgər filmlərə baxıb onu anlayırsanız, bu dili bilmək deyil. Azərbaycan dilii isə səlist bilmək şərtdir. 

2. Müsahibəyə getdiyiniz müəssisə, onun fəaliyyəti haqqında  məlumat toplayın. İnternet vasitəsi ilə bu çox rahatdır. Bu məlumatı öyrənərkən orada işləmək istədiyinizə qərar verə bilərsiniz. Müsa-hibə zamanı sizə onların haqqında nə bildiyinizi sual verilə bilər, hazırcavab olun. Digər bir məsləhətim isə rəhbəri haqqında inter-netdə oxuyun ki, kimə işləyəcəyinizi və görüşəcəyinizi biləsiniz. Onun Facebook və Linkedin-dəki məlumatını diqqətlə öyrənin, me-diada intervyularını oxuyun.

Təcrübədən: Müsahibəyə gələnlərin yarısının hara gəldiklərindən heç xəbəri olmur, agentlikdən göndəriblər deyirlər. Şirkət haqqında heç bir məlumatı olmaması şansınızın azalmasına səbəb olacaq.

3. Müsahibə zamanı olduğunuz kimi olun, yəni səmimi. Doğru məlumat verin ki, yanılmayasınız. Təcrübəli HR mütəxəsis və rəhbər sizdən eyni sualı müxtəlif interpretasiyada soruşa bilər. Öz üs-tünlüklərinizi nümayiş etdirin. Pozitiv olun, şikayət etməyin. Gü-lümsəyin və müsahibə keçirən şəxsin gözlərinə baxın. Utanmayın. Atalar deyib ki, utananın oğlu olmaz, ondan həmçinin yaxşı satıcı olmaz. Satıcı deyəndə ki, hər Bir işdə nə isə satmaq lazımdır. 

Təcrübədən: Utancaq, özünə güvəni olmayan, yalan məlumat verən şəxsləri işə qəbul etmirdim. Bunu özünə hörmət edən heç bir menec-er etməyəcək. Qaşılığında isə o da sizi aldadacaq. Yalan yalan gətirər.

4. İşdən ayrılarkən keçmiş rəhbərinizdən tövsiyyə məktubu almağı unutmayın. Yaxşı əməkdaş olmusunuzsa, onda qorxacaq heç bir hal yoxdur. Keçmiş işdən nə üçün ayrılmağınızın həqiqi səbəbini söyləyin. Çünki, bunu öyrənmək asandır.

Təcrübədən: Məlumat öyrənmək üçün CV-dəki şirkətlərin rəhbərlərinə zəng edərək məlumat alırdım. Bu da şəxs haqqında obrazın formalaşmasında yardımçı olurdu.

5. Suallara cavab verərkən, şəxsi həyatınız, uğursuzluqlarınız, hob-bilərin haqqında suallara hazır olun. Onlara öncədən nə cavab verəcəyinizi düşünün. Səhvlərinizi etiraf edin və nəticə çıxardığınızı, təcrübəli olduğunuzu və daha bu səhvə yol verməyəcəyiniz haqqın-da deyin. Şəxsi həyatınız haqqında suallara səmimi cavab verin. Amma çox dərinə gedərlərsə və onun işinizlə əlaqəsi yoxdursa, su-alın səbəbini soruşun.

Təcrübədən: Söhbət zamanı yaxşı tanımaq üçün hobbiləri haqqında suallar verirdim. Onu öyrənəndən sonra daha dərin sual-lar verirdim ki, nə qədər o öyrəndiyini təyin edim. Əgər bu səthi bir əyləncədirsə, deməli işi də dərin öyrənməyəcək. Bir oğlan avto-mobillərlə çox maraqlandığını və BMW M5-in fanatı olduğunu söylədi. Amma heç bir texniki məlumatdan xəbəri yox idi. Digər tərəfdən şirkətiniz texnika satışı ilə məşğul olduğu üçün şəxsi kompyuterinin parametrlərini, hansı saytları tez-tez oxuması, id-manla məşğul olub-olmaması, siqaret çəkməsi və hətta sağlam-lığındakı problemlər haqqında sual verirdim. Cavablar müsahib haqqında çox məlumatı açıqlaya bilər.

6. Öncəki rəhbəriniz, işlədiyiniz müəssisəni, işinizi müsahibə za-manı tənqid etməyin. Əksinə, çox təcrübə topladığınızı söyləyin. Hətta neqativ təcrübə - yaxşı həyat dərsdir, ona belə minnətdar olmaq lazımdır. Öz iş təcrübəniz haqqında qısa danışın, üzun-uzadı hekayələr darıxdırıcı ola bilər, bu da əks təsir olacaq.

Təcrübədən: Bir nəfərdən niyə öncəki iş yerində cəmi 2 ay işlədiyini soruşanda, direktoru ilə razılaşmadığını söylədi. Bu şirkət isə bizim korporativ müştərimiz idi. Mübahisə isə onun bahalı avadanlıq alınması və yüksək investisiya qoyuluşu barədə mül-ahizələri idi. Həmin şirkəti yaxşı tanıdığım üçün, strategiya və plan-ları barədə ətraflı məlumatım var idi. Həmin şəxsin mülahizələri isə yanlış idi, çünki hər zaman sıravi işçi olaraq, nə investor, nə də menecer kimi uzaq görənliyi yox idi, yalnız tənqid etməyi bacarırdı.

7. Sosial şəbəkələrdə səhifələrinizi qaydaya salın, çünki onu oxumaqla haqqınızda çox məlumat almaq olar. Özəlliklə də Linkedin-də hər bəndi dəqiqliklə yazın. Bacarmırsızsa, bacarandan xahiş edin. CV və Linkedin üçün yaxşı çəkilmiş Avatar şəkilinizi yerləşdirin. Bu şəkil sizin işinizə və obrazınıza uyğun olmalıdır.

Təcrübədən: Müsahiblərimin sosial şəbəkədəki səhifələrini diqqətlə oxuyuram ki, onun haqqında fikir formalaşdırım. Səhifədəki məqalə, demativator, başqasının statusunu paylaşması belə onun fikrini oxumağa kömək edir.

Sonda isə xarici görünüş haqqında demək istərdim. Deyim var ki, geyimə görə qarşılayıb, ağıla görə yola salırlar. Getdiyiniz müəssisənin dress-koduna uyğun geyinin. Geyim səliqəli, təmiz, zövqlə olmalıdır. Mütləq saç düzümünuz qaydasında olsun, xanımlara çox makiyaj etməyi məsləhət görmürəm. Bunun üçün YouTuebe-da video təlimlərə baxın. Bir sözlə xarici görünüşünüz qaydasında olsun ki, ilk təəsürat müsbət olsun. Bu artıq pozitiv fikir yaradacaq, şansızınızı yüksəldəcək. Mütləq duş qəbul edin və desodoratlardan istifadə edin. Çox partfum vurmayın ki, heç Kimi narahat etməyəsiniz. Özəlliklə havaların isti olduğu zaman tərləmiş şəxsin ofisə gələrkən, ondan tər iyinin gəlməsi, corabların çirkli ol-masından yaranan qoxu həmin şəxslərin gigiyenasının sübhəli olduğunu göstəricdir. Bu hal həm kolleqaları, həm müştəriləri qaçıra bilər. Gigiyena vacib məsələdir, onu qulaq ardna vurmayın.

Beləliklə, sizə 7 əsas məsləhət verdim. Bunlar 27 ill rəhbər və sa-hibkar təcrübəm əsasında yaranıb. Sizə isə yeni və sərfəli iş tap-maqda uğurlar diləyirəm. 

Linkedin-də mənim səhifəm: https://www.linkedin.com/in/raminmusayev/