Tacikistanda kömür mədənində güclü partlayış olub: Ölən və xəsarət alanlar var

03:40 25-07-2021 295

Tacikistanın Sogd vilayətində kömür mədənində baş verən partlayış nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Xəsarət alanların yerləşdirildiyi xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

Partlayışın nəticələrini aradan qaldırmaq üçün əraziyə fövqəladə hallar komitəsinin əməkdaşları, yanğınsöndürənlər və həkimlərdən ibarət xilasetmə qrupu cəlb olunub.