Rusiyalılardan Balidə film kimi cinayət - iki ölü

19:09 20-03-2019 11

İndoneziyanın Bali adasında polislə atışma zamanı iki rusiyalı ölüb.

Bu barədə RİA Novosti yazır.

Rusiyanın Cakartadakı səfirliyinin mətbuat katibi bildirib ki, iki ölən və bir saxlanılan rusiyalı valyutadəyişmə məntəqəsinə basqında şübhəli bilinirlər.

“Polis hələlik ölənlərin və saxlanılan şəxsin pasportunu təqdim etməyib, lakin onlar iddia edirlər ki, şübhəlilər Rusiya vətəndaşlarıdır”, - deyə o bildirib.

Səfirlikdən həmçinin qeyd ediblər ki, hücumda ümumilikdə yeddi nəfər iştirak edə bilər. Onlardan dördünün hadisə yerindən qaçdığı iddia olunur.

“Bu hələlik ilkin versiyadır. Hadisənin tam təfərrüatı barədə bizdə məlumat yoxdur”, - deyə diplomat vurğulayıb.

İndoneziya KİV-də yayılan məlumata görə, valyutadəyişmə məntəqəsinə basqında altı kişi (onların 50, 60, 44, 32, 47 və 44 yaşda olduqları bildirilir) və bir 34 yaşlı qadın iştirak edib. Onların adları açıqlanmır.

Qeyd olunur ki, cinayətkarlar SS1 tüfəngi, eləcə də soyuq silahlara insanları hədələyiblər, onların üzlərinin maska altında gizlədildiyi vurğulanır.

Hüzum zamanı cinayətkarlar özləri ilə yerli valyutada 80 min dollara yaxın pul aparıblar. Polis onlaırn izinə bir neçə saat sonra düşüb. Əməliyyat zamanı atışma baş verib və iki nəfər ölüb.