Sabunçuda yağış suları yollarda problem yaratdı

23:50 20-03-2019 16

Sabunçu rayonunda iki gündür yağan aramsız yağışlar böyük və kiçik ölçülü gölməçələrin yaranmasına, evlərin və həyətlərin su içində qalmasına səbəb olub.

Sakinlər Hergun.az-a bildirir ki, artıq illərdir onlar bu dözülməz hala dözməli olur, hər dəfə yağış yağanda əziyyətlə üzləşirlər. "

Evimizdən çıxa bilmirik, körpələrimiz məktəbə gedə bilmir, üst -başları palçıq, çirkab sularına bulaşaraq gedib gəlirlər. Günü-gündən inkişaf edən ölkəmizin qulağının dibindəyik, amma yağış sularının içində üzməli oluruq. Yollarımız düzəlsə, bir köməklik edilsə yaxşı olardı"-deyə sakinlər bildirir.

55590208_2132916713429745_5642919709285285888_n55244637_1319694928170831_9136008738447032320_n