Samuxda ər arvadının qadını tökdü

00:00 21-03-2019 19

Samuxda rayonunun Karayeri qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. 

Bu barədə HerGun.Az-ın regional müxbiri məlumat verib.

Qəsəbə sakini 1964 ci il təvəlüdlü Dilbər Məhərrəmova yaşadığı evdə həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirlib, əməliyyat olunub, vəziyyəti orta ağırdır. 

Qadının yaxınlarının bildirdiyinə görə, Dilbərlə əri arasında mübahisə yaşanıb. Nəticədə həyat yoldaşı qadına bir neçə dəfə bıçaqla zərbə endirib.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.