Göyçayda toy sahibi cərimələnib – FOTO

15:20 25-07-2021 849

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı rayonun Ləkiçılpaq kəndində Mətləb Səlimova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman müəyyən edilən say həddindən artıq qonağın iştirak etdiyi müəyyən olunub. Aşkarlanmış qayda pozuntuları ilə bağlı Mətləb Səlimov inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.