Şoyqunun təyyarəsinə yaxınlaşan qırıcı İspaniyaya məxsus imiş

11:54 14-08-2019 8

Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun təyyarəsi Baltik dənizində neytral suların üzərindən keçərkən onu izləyən NATO-nun “F-18” qırıcısı İspaniya Hərbi Hava Qüvvələrinə aiddir.

“İnterfax” xəbər verir ki, bu təyyarələr NATO-nun hava polisinə aiddir və əsas vəzifəsi Baltikyanı ölkələrin hava məkanını qorumaqdır.

Qeyd edək ki, nazirin olduğu təyyarə Kalininqraddan Moskvaya uçurmuş. Onu Baltika donanmasının dəniz aviasiyasının iki “Su-27” qırıcısı müşayiət edib.

“F-18” təyyarəsi S.Şoyqunun olduğu avialaynerə yaxınlaşmaq istəyib, ancaq “Su-27”lərin pilotları onu sıxışdıraraq uzaqlaşdırıblar.

Aqşin Kərimov