Azərbaycanda toya gələn qonağı öldürdülər

18:40 25-07-2021 1080

Daşkəsən şəhərində keçirilən toy mərasimində bıçaqlanma olub, ölən var.

“Report” xəbər verir ki, Daşkəsən şəhər ərazisində keçirilən toy mərasimində qonaqlar arasında mübahisə yaşanıb.

Bir nəfər bıçaqlanıb. O, ağır halda xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.