Biləcəri stansiyasında bədbəxt hadisə: Gənc işçi öldü

12:09 14-08-2019 555

Biləcəri dəmiryol stansiyasının işçisi bədbəxt hadisə nəticəsində ölüb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən HerGun.Az-a verilən məlumata görə, bu gün səhər saatlarında Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə  növbədə olarkən iş başında xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım çağrılıb. Əli Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin səbəbləri araşdırılır.

Könül Cəfərli