Astroloq hər bürc üçün ən yaxşı geyim rənglərini açıqladı

09:00 27-07-2021 432

Tanınmış britaniyalı astroloq İnbaal Honigman hər bürcün nümayəndələrinə uyğun olan rəngləri açıqlayıb.

Bu barədə “Daily Mail” xəbər verib.

Londonlu mütəxəssisin sözlərinə görə, hər bürcün aparıcı gücü və xarakterik xüsusiyyətləri var və bu onların stilinə özünəməxsus şəkildə təsir edir.

““Dolça”lar üçün göy rəngli əşyalara üstünlük vermək daha yaxşıdır, çünki bu rəng onlara xas keyfiyyətləri - sakitliyi, inam və etibarlılığı simvollaşdırır. “Balıq” “Dolça” ilə  bir çox oxşar xüsusiyyətlərə malikdir, buna görə firuzə rəngi onlar üçün uyğundur”, - deyə o, biuldirib.

Mütəxəssisin fikrincə “Qoç”lara qarderobda qırmızı paltarlara sahib olmaq daha yaxşıdır.

“Dəb baxımından qırmızı ən parlaq və ən cəlbedici rəngdir”, - deyə  Honigman əlavə edib.

Honigman “Buğa”nı “Dolça”nın dünyəvi prototipi adlandırıb, bu səbəbdən sözügedən bürcün nümayəndələrinə yaşıl çalarlarda paltar seçmələrini tövsiyə edib.

“Şən “Əkizlər”in sarı paltar, mərhəmətli “Xərçəng”lərin isə boz və gümüş geyinmələri daha yaxşıdır”, - deyə o, vurğulayıb.

Londonlu astroloq qeyd edib ki, narıncı, qəhvəyi, çəhrayı və qara müvafiq olaraq “Şir”, “Qız”, “Tərəzi” və “Əqrəb” bürcünün nümayəndələri ideal rənglərdir, bənövşəyi çalarlar isə “Oxatan”ların fövqəladə şəxsiyyətini göstərir.

Honigman sonunucu olaraq “Oğlaq” bürcü barədə danışarkən onların tünd qırmızı və ya şərab rəngləri ilə monoxrom obrazlar yaratmağı təklif edib.