Qəndilov Belarus-Azərbaycan münasibətlərinin perspektivlərindən DANIŞDI

18:20 29-07-2021 426

Belarusla Azərbaycan arasındakı münasibətlər möhkəm təmələ dayanır.

“BelTa” xəbər verir ki, bunu Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə ölkəmizdəki diplomatik missiyasının başa çatması münasibətilə keçirdiyi görüşdən sonra jurnalistlərə bildirib.

“Münasibətlərimiz çox möhkəm təmələ söykənir. Müstəqilliyin son 30 ili ərzində o, çox möhkəmlənib. Əlbəttə ki, burada əsas məsələ prezidentlərimiz, onların şəxsi münasibətləridir. Buna əsasən dövlətlərimiz arasındakı münasibətlər yüksək səviyyəyə qalxıb”, - deyə Lətif Qəndilov qeyd edib.

Onun sözlərinə görə, Belarus və Azərbaycan nəinki yaxın, dost ölkələrdir, eyni zamanda strateji tərəfdaşdır:

“Və bugünkü münasibətlərimiz buna uyğundur. Prezidentlərimiz daim görüşür, bu, davamlı intensiv münasibətdir. Hər iki ildən bir saatlar tutuşdurulur, dəqiq vəzifələr qoyulur və bu daima onlar tərəflərindən yoxlanılır. Buna görə burada nəzərdə tutulmuş plandan kənara çıxmaq sadəcə, mümkün deyil. Və Belarus Prezidentinin son səfəri göstərdi ki, 2018-ci ildə qarşıya qoyulmuş vəzifələr tam yerinə yetirilib və münasibətlərimizdə, əməkdaşlığımızın dərinləşməsində, sənaye müəssisələrimizin qarşılıqlı fəaliyyətində yeni bir mərhələ başlayır. Sentyabr ayında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın keçirilməsi planlaşdırılır”, - deyə o vurğulayıb.

Lətif Qəndilov əlavə edib ki, ölkələrimiz arasındakı münasibətlərdə çox yaxşı perspektivlər mövcuddur:

“Təhsil, mədəniyyət, səhiyyə sahələrində əməkdaşlıq əlaqələrimizi dərinləşdirəcəyik. Hesab edirəm ki, bu mərhələdə məhz bu sahələr daha da böyük dəstək və inkişaf əldə edəcək”.