Olimpiya Oyunlarında operatorun səhvi maraqlı görüntülərlə yadda qaldı - VİDEO

04:20 30-07-2021 482

Tokio-2020 Yay Olimpiya Oyunları tarixinə daha bir maraqlı görüntü əlavə olunub. Belə ki, otüstü xokkey oyunu zamanı operator kameranı idmançılardan çevirərək iri planda tarakanı çəkməyə başlayıb.

“Lenta Dna” “Telegram” kanalı bununla bağlı kadrları yayımlayıb.

Hadisə Argentina və İspaniyanın qadınlardan ibarət yığma komandaları arasında keçirilən oyun zamanı baş verib.

Görüntülərdən aydın olur ki, yayımın rejissoru həşərat səkidən tullanmağa qərar verdikdə sonra rakursu dəyişib. Kadrlar sosial şəbəkələrdə gülüşlə qarşılanıb.

Qeyd edək ki, görüş 3:0 hesabı ilə Argentinanın xeyrinə başa çatıb.

Xatırladaq ki, bundan əvvəl Avstraliyalı məşqçinin öz yetirməsi olan üzgüçü Ariarna Titmusun qələbəsinə sevinməsi ilə bağlı da sosial şəbəkələrdə böyük populyarlıq qazanmışdı.