ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri dəyişib

09:00 30-07-2021 488

ATƏT-in Minsk qrupunun həmsədrləri arasında dəyişiklik olub. Belə ki, rusiyalı həmsədr İqor Papovu İqor Xovayev əvəz edib.

Bu barədə ATƏT-in Minsk qrupunun saytında Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı dərc edilmiş bəyanatdan bəlli olub.

Rəsmi Moskva hələ ki, məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, İqor Popov 2010-cu ildən Minsk qrupunun Rusiyadan olan həmsədri vəzifəsini icra edib.