Bakıxanovda taksidə selfi çəkən gənc özünün və yoldakı digər şəxslərin həyatını təhlükəyə atdı - VİDEO

01:20 01-08-2021 449

Bakıxanov qəsəbəsində mindiyi taksinin qabaq pəncərəsini tam açaraq bədənini çölə çıxaran və qabaq qapıda oturan şəxs selfi çəkməyə çalışıb.

Nəqliyyat vasitəsinin hərəkətdə olmasına baxmayaraq, həm özünün, həm də yoldakı digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratdığının fərqində olmayan gənc bir əli ilə telefonu tutaraq foto çəkib.

Onun bu təhlükəli hərəkəti yoldakı digər avtomobillərdəki sərnişinlərin biri tərəfindən qeydə alınıb.

Maraqlıdır ki, sözügedən gənc bu şəkildə uzun müddət yol qət etsə də, heç kim ona kənardan müdaxilə etməyib.