Məşhurlardan Türkiyəyə dəstək - FOTO

02:40 01-08-2021 355

Türkiyədə davam edən meşə yanğınları səbəbilə dünyanın məşhur simaları dəstək mesajları yayımlayıb.

Bu barədə “Haber Global” məlumat verib.

Qeyd olunur ki, Formula-1 üzrə dünya çempionu Luis Hemilton, aktyor Mişel Morron və müğənni Dua Lipa Türkiyəyə öz dəstəyini ifadə edib.

Formula-1 pilotu Türkiyə və planetimiz üçün dua etdiyini açıqlayıb.

Məşhur müğənni Dua Lipa isə “Səninləyəm Türkiyə” sözlərindən istifadə edərək dəstək olub.

Aktyor Mişel Morron isə bu sözləri yazıb: “Türkiyənin yanındayam, bunlar tezliklə bitəcək”.