Gürcüstanın iki gümüş mükafatçısı Olimpiadadan qovulub - FOTO

04:40 01-08-2021 467

Gürcüstandan olan iki cüdoçu, COVID-19 məhdudiyyətlərini pozduğuna görə Olimpiadadan kənarlaşdırılıblar. Onların artıq Tokionu tərk etdiyi bildirilir.

Bu barədə “Kyodo” məlumat yayıb.

Agentlikdən cüdoçuların şəhərin görməli yerləri üçün Olimpiya Kəndini tərk etdikləri, bununla da kronavirus məhdudiyyətlərini pozduqları üçün Oyunlardan qovululduqları bildirilir.

İdmançıların Tokio qülləsinin qarşısında bir neçə nəfərlə şəkil çəkdirdikləri də vurğulanıb.

Qeyd edək ki, bu, Olimpiadanın başlanmasından bəri idmançıların akkreditasiyadan məhrum edilməsi ilə bağlı ilk hadisədir.

Uzaqlaşdırılan idmançıların Olimpiya gümüş mükafatçıları Vaja Marqvelaşvili və Laşa Şavdatuaşvili olduğu bildirilir.