Lukaşenkonun nəvəsinin toyu oldu – FOTO

07:00 01-08-2021 38

Belarus prezidenti Aleksandr Lukaşenkonun böyük nəvəsi Viktoriya ailə həyatı qurub.

Bu barədə “Pul Pervoqo” “Telegram” kanalı xəbər yayıb.

“Siz hekayənizi yazırsınız. Gözəl, səmimi, qohumlarınızın və ən yaxınlarınızın əhatəsində”, - deyə kanal dövlət başçısının böyük nəvəsi Viktoriyanı və bəyi təbrik edərkən dediyi sözlərini çatdırıb.

O da vurğulanıb ki, toya cəmi 70 nəfər dəvət olunub.

Qeyd edək ki, Viktoriya Belarus Milli Olimpiya Komitəsinə rəhbərlik edən Viktor Lukaşenkonun böyük qızıdır. Ümumilikdə, Lukaşenkonun üç oğlu və yeddi nəvəsi var.