Kosmosda yeni modulun sınaqları ilə bağlı maraqlı görüntülər - FOTO/VİDEO

08:20 01-08-2021 473

Fransalı astronavt Toma Peske Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində olan ekipajın Rusiyanın yeni “Nauka” moduluna ilk girişinin fotosunu yayımlayıb.

Astronavt bununla bağlı görüntüləri özünün “Twitter” hesabından paylaşıb.

Kadrlarda rusiyalı kosmonavtlar Oleq Novitski və Petr Dubrovun respirator taxaraq “Nauka” modulunda hava nümunələri götürməsi nümayiş olunub.

Həmçinin Novitski də sosial şəbəkə hesabından maraqlı kadrlar paylaşıb.