“Səhra mətbəxi” müsabiqəsi başa çatdı - FOTO

20:45 14-08-2019 848

Moskva vilayətinin Alabino hərbi poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2019” çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsinin son mərhələsi başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yarışın son günündə iştirakçı komandalar çörək bişirmək üzrə bacarıqlarını nümayiş etdiriblər.
Beləliklə, “Səhra mətbəxi” müsabiqəsinin ümumi yekunlarına görə hakimlərin qərarına əsasən, Rusiya Federasiyası birinci, Belarusiya ikinci, Qazaxıstan üçüncü, Azərbaycan komandası isə dördüncü yerdə qərarlaşıb.