Beyonsun klipi bütün zamanların ən yaxşı musiqili videosu seçilib

08:40 02-08-2021 606

“Rolling stone” jurnalı “Bütün zamanların 100 ən yaxşı musiqili videosu”nun reytinqini tərtib edib.

Siyahıda birinci yeri Beyonsun “Formation” mahnısının klipi tutub. O, maykl Ceksonun “Billie Jean”, Prinsin “Kiss” və Ledi Qaqanın “Bad Romance” mahnılarının videoversiyalarını geridə qoyub.

Sözügedən klip 2016-cı ildə rejissor Melina Matsukas tərəfindən çəkilib.

Siyahıda ifaçısının daha iki klipi yer alır. “Single Ladies” 12-ci, “Telephone” klipi isə 66-cı sırada qərarlaşıb.