Bakıda toyda kütləvi dava - 4 nəfər bıçaqlanıb

00:18 15-08-2019 580

Bakının Binəqədi rayonunda kütləvi bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az-ın verdiyi məlumata görə, "Üzeyir" şadlıq sarayında keçirilən toy mərasimində yaranan mübahisə zamanı 4 nəfər bıçaqlanıb. 1992-ci il təvəllüdlü Ağababalı Elton Mahir oğlu, 1957-ci il təvəllüdlü İbrahimov Mahir Ağababa oğlu, Hüseynov Telman Allahverdi oğlu, 28 yaşlı Hüseynov Seymur Hidayət müxtəlif dərəcəli bıçaq xəsarətləri alıblar.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik bəlli deyil. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu