Tokio Olimpiadası: Avropa çempionumuz finala çıxa bilmədi - FOTO

09:00 03-08-2021 771

Azərbaycan idmançısı atletikada yenə uğursuz çıxış edib.

HerGun.Az xəbər verir ki, qapalı məkanda Avropa çempionu olmuş Nazim Babayev atletikanın üç təkanla tullanma növündə mübarizə aparıb.

O, ilk cəhdində 16,38 metr, ikinci cəhdində 16,30 metr və üçüncü cəhdində 16,72 metr uzunluğa tullanıb. Nazim Babayev bu nəticə ilə öz qrupunda 8-ci, yekunda isə 15-ci olub. Nəticədə idmançımız final mərhələsinə vəsiqə qazana bilməyərək Olimpiada ilə vidalaşıb.

Qeyd edək ki, avqustun 1-də atletikanın çəkicatma növündə Anna Skidan uğursuz çıxış edərək (16-cı olmuşdu) finala vəsiqə qazana bilməmişdi.