“Microsoft” istifadəçilərin danışıqlarını dinlədiyini etiraf etdi

01:45 15-08-2019 611

“Microsoft” şirkəti əməkdaşlarının istifadəçiləri dinləmək imkanlarının olduğunu etiraf edib.

Bu barədə yazan Vice.com portalı diqqətə çatdırıb ki, “Microsoft”un yenilənmiş məxfilik siyasətinə əsasən, şirkət “Microsoft Cortana” və ya “Skype Translator” proqramları vasitəsilə daxil olan informasiyaları analiz edə bilər.

Belə ki, yenilənmədə qeyd olunub: “Şəxsi məlumatların işlənməsi həm avtomatlaşdırılmış, həm də insan əməyi metodları istifadə olunmaqla həyata keçirilir”.

Şirkət portalın iddiasını müəyyən qədər təsdiqləyib:

“Biz qərara gəldik ki, insanların bəzən kontenti öyrənməklə məşğul olduqlarını dəqiqləşdirməliyik”.

“Microsoft” şirkəti ümid edir ki, bu dəqiqləşdirmə istifadəçilərlə qarşılıqlı fəaliyyətə böyük aydınlıq gətirər.  

Vice.com onu da qeyd edir ki, “Microsoft”un əvvəlki məxfilik siyasətində audioyazıları dinləmək imkanlarının olduğu qeyd edilməmişdi.