Həbib Nurməhəmmədovun əmisi oğlu UFC-də debüt edəcək

02:45 15-08-2019 1163

Həbib Nurməhəmmədovun əmisi oğlu Əbubəkr Nurməhəmmədov UFC turnirində debüt edəcək.

Onun döyüşü haqqında məlumatı məğlubedilməz UFC çempionu H.Nurməhəmmədov öz “Instagram” hesabında qeyd edib:

“Bu mənim qardaşım Əbubəkr Nurməhəmmədovdur. Onun kimisi daha yoxdur. Onun növbəti döyüşü noyabrda Moskvada, UFC turnirində baş tutacaq”.

Qeyd edək ki, daha əvvəl Əbubəkrin ilk çıxışının Əbu-Dabidə, Həbibin də iştirak etdiyi turnirdə olacağı deyilirdi. Lakin həmin vaxt idmançı travma səbəbindən turnirə qatıla bilməmişdi.