Lui van Qal üçüncü dəfə Niderland millisində - FOTO

15:20 04-08-2021 603

Lui van Qal üçüncü dəfə Niderland millisinin sükanı arxasına keçib.

Bu barədə məlumat Niderland Kral Futbol İttifaqının rəsmi “Twitter” səhifəsində dərc edilib.

69 yaşlı mütəxəssis DÇ-2022 bitənədək bu vəzifədə qalacaq.

Onun köməkçiləri Danni Blind, Henk Freyzer və qapıçılarla işləyən məşqçi Frans Hak olacaq.

Qeyd edək ki, Lui van Qal 2000-2001 və 2012-2014-cü illərdə də Niderland millisini çalışdırıb.

Lui van Qalın son iş yeri “Mançester Yunayted” klubu olub. O “qırmızı şeytanlar”ı 2016-cı ildə tərk edib.