Ukraynalı deputat Olimpiya çempionu oldu – FOTO

19:40 04-08-2021 513

Ukrayna Ali Radasının üzvü Jan Belenyuk Olimpiya çempionu olub.

Bu barədə “Deutsche Welle” məlumat yayıb.

Məlumata görə, ukraynalı deputat yunan-roma güləşi üzrə 87 kq-dək çəki dərəcəsində turnirin qalibi olub.

Belenyuk öz qələbəsini Ukrayna milli rəqsilə qeyd edib.

Onu da bildirək ki, bu, Ukraynanın Tokio Olimpiadasındakı ilk qızıl medalıdır.