İranda daşqınlar 8 nəfərin ölümünə səbəb oldu

04:40 05-08-2021 495

İranın şimal və şimal-qərb vilayətlərində davam edən daşqınlar və sel nəticəsində 8 nəfər ölüb, iki nəfərsə itkin düşüb.

“RİA Novosti” xəbər verir ki, bunu İran “Qırmızı Aypara” cəmiyyətinin nümayəndəsi Məhəmməd Həsən Qusiyan bildirib.

Onun sözlərinə görə, hazırda Şərqi və Qərbi Azərbaycan, Tehran, Zəncan, Qəzvin, Kerman, Mazandaran kimi bir sıra vilayətlərdə xilasetmə işləri aparılır. İtkin düşən iki şəxsin axtarışları davam edir.

Qusiyan bir həftədir ki, müşahidə olunan təbii fəlakətlərdə bugünədək 978 nəfərin xilas edildiyini də qeyd edib.