Trampı təcavüzdə ittiham etdilər

01:36 22-06-2019 869

Yazıçı Ceyn Kerrol ABŞ Prezidenti Donald Trampı ona təcavüz etməkdə ittiham edib.

C.Kerrol bu barədə özünün yeni kitabında məlumat verib.

Kitabın ABŞ prezidentindən bəhs edən hissəsi “New York Magazine” jurnalında dərc edilib. Yazıçı xanımın iddiasına görə, hadisə 25 il öncə Manhettendə “Bergdorf Goodman” mağazasının soyunma otağında baş verib. O zaman C.Kerrol polisə məlumat verməyib, lakin sirrini iki rəfiqəsi ilə paylaşıb. Rəfiqələri onun dediklərini təsdiqləyiblər.

Ağ Ev C.Kerrolun dediklərini “tamamilə yalan və qeyri-real adlandırıb”.