Gürcüstanda üç belaruslu qadın turist yoxa çıxdı

07:45 15-08-2019 785

Gürcüstanın Svaneti bölgəsində Belarus vətəndaşı olan üç qadın turist itkin düşüb.

AiF” xəbər verir ki, hadisə Tetnuldi dağının ərazisində baş verib.

Qadınlar əsas qrupdan avqustun 14-ü axşam ayrılıblar. Hazırda onlar harada olduqları bilinmir.

Axtarış-xilasetmə əməliyyatlarına Sərhəd Polisinin helikopterinin cəlb olunacağı planlaşdırılır.