Türkiyədə polislərin olduğu xidməti avtomobil ağır qəza törətdi: Ölən və xəsarət alanlar var - VİDEO

09:00 05-08-2021 396

Türkiyənin İzmir şəhərinin Karabağlar rayonunda salonunda beş polisin olduğu avtomobil qarşı yola çıxaraq minik avtomobilə çırpılıb və daha sonra aşıb.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, dəhşətli qəzanın görüntüləri ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Ağır yol nəqliyyat hadisəsi nəticəsində İbrahim Okçu adlı polis həlak olub, xidməti avtomobildə olan digər dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hazırda dəhşətli qəzanın təfərrüatları araşdırılır.